Milli Xokkey Liqasının Şərq divizionunda lider “Vaşinqton Kepitalz” “Nyu-York Reyncers”in qonağı olub.

Əksəriyyət paytaxt təmsilçisinin qələbəsinə insansa da? meydan sahibləri bu fikirdə olanları yanıldıblar. Oyuna Vaşinqton xokkeyçiləri daha fəal başlayıblar. Onlar ilk hissədə 2 qol vurublar. Nyu-York komandası isə rəqibə 1 dəqiq zərbə ilə cavab verib. Gərgin keçən ikinci dövrədə qapılar toxunulmaz saxlanılıb. Sonuncu hissədə təşəbbüsə yiyələnən “Reyncers” rəqib qapısından 3 şayba keçirərək qələbə qazanıb. 2:5 hesabı ilə məğlub olmasına baxmayaraq “Vaşinqton Kepitalz” liderliyini davam etdirir. “Nyu-York” Reyncers” isə 6-cı pillədə qərarlaşıb.